Sumqayıtda yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişibbackend

Sumqayıtda yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib

Sumqayıtda baş verən yol qəzasında ağır xəsarət alan gənc dünyasını dəyişib.

KONKRET.az-ın məlumatına görə, hadisə bir neçə gün bundan öncə Sahil küçəsindən Novxanı qəsəbəsi istiqamətində gedən yolda baş verib.

Belə ki, həmin yolda öz avtomobili ilə hərəkətdə olan 1994-cü il təvəllüdlü Hilalbəyli İlkin Fikrət oğlu yol qəzasına düşüb. O, xəstəxanaya yerləşdirilsə də, bu gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*