Sumqayıt şəhərinin bəzi məhəllələrində qaz təchizatında fasilə yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə redaksiyaya sakinlər tərəfindən məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən naməlum səbəbdən mənzillərə qazın verilişində fasilələr müşahidə olunur.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən açıqlamada bildirilib ki, Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında yaranan fasilə qeydə alınıb. Qurumdan vurğulanıb ki, baş verən problem qaz təsərrüfatı ilə bağlı deyil və şəbəkədə hər hansı qəza baş verməyib.
Qeyd olunub ki, fasilə şəhər ərazisində su xətlərinin yenilənməsi məqsədilə aparılan təmir işləri zamanı yaranıb. Hazırda işlər koordinasiyalı şəkildə davam etdirilir və qaz təchizatının yaxın bir saat ərzində tam bərpa olunacağı gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
