“Suriya və Ermənistan iki qardaş ölkədir” – Suriya müftisi “Ermənilərin soyqırımı” ifadəsini işlətdibackend

“Suriya və Ermənistan iki qardaş ölkədir” - Suriya müftisi “Ermənilərin soyqırımı” ifadəsini işlətdi

Ermənistanın Hələb şəhərindəki baş konsulluğu Suriya müftisi Əhməd Bədrəddin Hassunun erməni humanitar missiya mərkəzinə səfərini təşkil edib. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, görüş çərçivəsində müfti erməni diasporunun rolundan danışaraq vurğulayıb ki, ermənilər həmişə olduğu kimi bundan sonra da Suriya xalqının ayrılmaz hissəsi olaraq qalacaq. Əhməd Bədrəddin Hassun ermənilərin Suriyada mədəniyyət, elm və təhsilə verdiyi töhfələrə toxunaraq vurğulayıb ki, “soyqırımdan xilas olan ermənilər Suriyada sığınacaq taparaq böyük minnətdarlıq əlaməti olaraq Suriya xalqının rifahı üçün əllərindən gələni ediblər. Bunlardan biri də iki qardaş ölkə – Suriya və Ermənistan arasındakı dostluq körpülərinin qurulmasıdır”.

Suriya Müftisi erməni humanitar missiyalarının fəaliyyəti ilə əlaqədar olaraq, Suriya hakimiyyətinin Ermənistan rəhbərliyinə və hökumətinə minnətdarlığını çatdırıb. Erməni konsulu isə bildirib ki, Suriyada münaqişə balşayandan bəri Ermənistanın diplomatik missiyası Suriya xalqına yardım etmək üçün bütün imkanlardan istifadə edir. Sonra humanitar yardım Ermənistan höküməti və xalqı adından təqdim edilib.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*