“Şuşa bəyənnaməsi”nin imzalanması üç ölkənin birliyindən xəbər verir” – Mustafa Şentopbackend

“Şuşa bəyənnaməsi”nin imzalanması üç ölkənin birliyindən xəbər verir” - Mustafa Şentop

“Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan parlamentində keçirilən birinci üçtərəfli görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu görüş Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcək: “İki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək olurdu. “Şuşa bəyənnaməsi”nin imzalanması üç ölkənin birliyindən xəbər verir”.

M.Şentop bildirib ki, Azərbaycan əhatəli sülh sazişi imzalamaq çağırışı etdi: “Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik. Burada “Bakı bəyannaməsi” imzalanacaq. Bu sənəd bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu bəyanat mühüm rol oynayır”./report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*