Şuşa, Kəlbəcər və Laçının havası AÇIQLANDIbackend

Şuşa, Kəlbəcər və Laçının havası AÇIQLANDI

Şuşa, Kəlbəcər və Laçının havası açqıalnıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən məlumata görə, hazırda Şuşa şəhərində havanın temperaturu 3 dərəcəyədək şaxta təşkil edir, qarın hündürlüyü isə 5 sm-dəkdir.

Dekabrın 21-də Şuşa, Kəlbəcər və Laçında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gündüz 4 dərəcəyədək, axşam 8 dərəcəyədək şaxta təşkil edəcək.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*