Şuşa şəhərciyində qətl: hadisəni törədən şəxs evi də yandırmaq istəyib – VİDEObackend

Şuşa şəhərciyində qətl: hadisəni törədən şəxs evi də yandırmaq istəyib - VİDEO

Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, məlumata görə, bir yerdə fəhlə işləyən şəxslər eyni evdə kirayədə qalıblar. Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözləri düz gəlməyən dostlar bir-birinə qarşı qeyri-etik ifadələr işlədib və mübahisə yaranıb. Hadisə də bundan sonra baş verib.

Ev sahibinin sözlərinə görə, Zəfər Məmmədov təxminən 20 gün imiş həmin evdə kirayə qalırmış. Sonradan isə o, Hüseynin də onunla birlikdə qalmasını təklif edib. Onlar təxminən 10 gün sözügedən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən otaqda qalıblar.

Ev sahibi bildirib ki, Hüseyn hadisəni törətdikdən sonra evi yandırmaq istəyib. Lakin qadın ətrafdakı insanları köməyə çağıraraq hadisəni törədən şəxsi saxlayıb və polisə təhvil veriblər.

Qeyd edək ki, ilkin araşdırmalar zamanı cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjet yayımlanıb.

Ətraflı reportajda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*