Ermənilərdən növbəti TƏXRİBAT: İrəvan küçələrindən birinə “Şuşa” adı verilə bilərbackend

Ermənilərdən növbəti TƏXRİBAT: İrəvan küçələrindən birinə “Şuşa” adı verilə bilər

Ermənistan Respublika Partiyasının gənclər təşkilatı İrəvanda küçələrdən birinə Şuşa  adının verilməsi üçün imza toplamağa başlayıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın qədim şəhəri və mədəniyyət paytaxtı olan Şuşanı artıq yuxularında belə görə bilməyəcəklərini anlayan ermənilər, indi də Şuşanın adını İrəvandakı küçələrdən birinə verməklə təskinlik tapmağa çalışırlar.

Buna görə də, Ermənistan Respublika Partiyasının Gənclər Təşkilatı imza toplamağa çalışır. İmza toplanılması İrəvanın küçələrində, böyük parklarda aparılır. Daha sonra isə İrəvan bələdiyyəsinə müraciət ediləcəyi planlaşdırılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Kitabxanaci
    Oktyabr 14, 2021 - 16:55

    İsteyirler alınlarına şuşa yazsınlar onsuzda SULH muqavilesi imzalanandan sonra öz özüne silinecek hara yazsalar silinecek

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*