Tahir Kərimli iddialara cavab verdi: “Nəslimdə ən imkanlısı da, ən vəzifəlisi də mənəm” backend

Tahir Kərimli iddialara cavab verdi: “Nəslimdə ən imkanlısı da, ən vəzifəlisi də mənəm” 

Millət vəkili Tahir Kərimli sosial şəbəkə hesabında ona qarşı səslənən ittihamlara cavab verib.

KONKRET.az xəbər verir ki, deputat video şəklində olan cavabında bir çox məsələlərə toxunub.

T.Kərimli ailəsinin və doğmalarının heç bir xüsusi imkana malik olmadığını deyib:

“Nəslimdə ən imkanlısı da, ən vəzifəlisi də mənəm”.

O hətta rəis işlədiyi deyilən bacısı oğlunun əslində “taksiçi” (taksi sürücüsü) olduğunu bildirib.

Millət vəkili parlamentin iclaslarında səsləndirdiyi fikirlərlə bağlı onu tənqid edənlərə də cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*