Taksi sürücülərinə VACİB XƏBƏR: Salonda videokamera quraşdırılacaq…backend

Taksi sürücülərinə VACİB XƏBƏR: Salonda videokamera quraşdırılacaq...

Taksilərdə videokameraların quraşdırılması ilə bağlı təkliflər gündəmdədir. Məsələ ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olsa da, nəqliyyat eksperti Eldəniz Cəfərov bu addımı zəruri sayır.

Ekspert KONKRET.az-a açıqlamasında bildirib ki, taksilərdə təhlükəsizliyin artırılması məqsədilə salon daxilində videokamera quraşdırılması məcburi tələb kimi tətbiq olunmalıdır:

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

“Azərbaycanda fəaliyyət göstərən bütün taksilərdə salonda videokamera quraşdırılmalıdır. Bu, həm sürücünün, həm də sərnişinin təhlükəsizliyi baxımından vacibdir.”

Eldəniz Cəfərov hesab edir ki, videomüşahidə kameraları mübahisələrin qarşısını tam şəkildə ala bilməsə də, baş verən hadisələrin araşdırılması zamanı mühüm rol oynaya bilər:

“Deməzdim ki, kameralar mübahisələrin qarşısını alacaq. Amma belə halların araşdırılması zamanı görüntülər əsas sübut kimi çıxış edəcək və obyektiv qərar qəbuluna yardım göstərəcək.”

Ekspert əlavə edib ki, bu sistemin tətbiqi həm hüquqi mübahisələrin həllində şəffaflığı, həm də taksi sektorunda nizam-intizamın artırılmasına xidmət edər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*