“Taksi sürücülərinin çoxu həkim, müəllim, keçmiş sahibkardır” – DEPUTATbackend

“Taksi sürücülərinin çoxu həkim, müəllim, keçmiş sahibkardır” - DEPUTAT

“Bu gün ölkədə fəaliyyət göstərən taksi sürücülərindən peşəkarlıq gözləmək yersizdir. Sürücülərin əksəriyyətinin əsl peşəsi həkim, müəllim, mühəndis və ya iflasa uğrayan sahibkardır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

O bildirib ki, bu şəxslər işsizlikdən məcbur taksi sürür, evinə çörəkpulu aparır: “Biz digər sahələrdəki problemi həll etməliyik ki, taksi sahəsinə peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə taksini bəhanə etmək doğru deyil. Metroda xidmət yüksək səviyyədə qurulub ki? İnsanlar taksidən kefindən yox, məcburiyyətdən istifadə edir. İnsanların yaşayış səviyyəsi aşağı düşdüyünə görə ən ucuz nəqliyyat vasitəsi kimi 4 nəfər yığışıb hərəsi bir manat verib taksidə gedirlər. Biz ölkədə taksi probleminə nəqliyyat, yol problemi kimi yox, sosial problem kimi baxmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*