İrəvandakı Vağarşapat polis şöbəsinə xarici vətəndaş müraciət edib.
KONKRET.az xəbər verir ki, o, dekabrın 8-də səhər saatlarında “Nissan” markalı taksi ilə İrəvandakı Koçari küçəsindən Eçmiədzindəki Patkanyan küçəsinə getdiyini bildirib.
Bu müddət ərzində vətəndaşın ayıq olmamasından və yolda yatmasından istifadə edən sürücü onun mobil telefonunu götürərək bank hesabından 9 milyon drama yaxın pulu şəxsi hesabına köçürüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Vağarşapat RPİ-nin əməkdaşları tərəfindən taksi sürücüsünün şəxsiyyəti müəyyən edilib. Eçmiədzin rayonundan olan 33 yaşlı kişi şöbəyə dəvət olunub və o, törətdiyi əməli etiraf edib. O, tutularaq hazırlanmış sənədlərlə birlikdə Vağarşapat polsindəki istintaq şöbəsinə təhvil verilib.
Oğurluq faktının araşdırılması istiqamətində işlər aparılır.
Vəli Həsənov
KONKRET.az