Taksi sürücüsü kart sifarişini götürmürsə, sərnişin nə etməlidir? – Çıxış yolu göstərildibackend

Taksi sürücüsü kart sifarişini götürmürsə, sərnişin nə etməlidir? - Çıxış yolu göstərildi

Taksi sürücülərinin bir qismi kart ödənişlərini qəbul etmək istəmir. Onların əsas arqumenti müştərinin etdiyi ödənişin dərhal nağdlaşdırıla bilməməsi ilə bağlıdır. Bəs, əgər sürücü kart ödənişini götürmürsə, sifariş qəbul etməzdən əvvəl seçim imkanı olmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, dünyanın əksər ölkələrində sürücülərə bu seçim imkanı verilmir:

Azərbaycanda bir çox gənc ailələrin ev problemləri mövcuddur

“Əgər müştəri kart ödənişini seçibsə, sürücünün əlavə variantı yoxdur, sifarişi ya qəbul, ya da imtina edir. Avropa İttifaqında kart ödənişləri birmənalı şəkildə tətbiq olunur. Rusiyada da platforma prosesi özü tənzimləyir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda sürücülərin kart ödənişindən imtinasının əsas səbəbi texniki mexanizmlərlə bağlıdır:

“Sürücülər bu vəsaitləri dərhal nağd formada əldə edə bilmədiklərinə görə çətinlik yaşayırlar. Gün ərzində kartla ödənişlərdən, məsələn, 200 manat yığılsa, amma çıxarılmasa, problem yaranır. Ən yaxşı variant odur ki, bu məbləğ avtomatik olaraq sürücünün hesabına köçürülsün”.

A.İbrahimov hesab edir ki, sürücülərə sifariş qəbul etməzdən əvvəl ödəniş forması üzrə seçim imkanı verilsə, nağdsız ödənişlərin həcmi azalar və bu da iqtisadiyyata mənfi təsir göstərər:

“Nağdsız ödənişlərin geniş tətbiqi ölkə üçün vacibdir. Bu, kölgə iqtisadiyyatını azaldır, şəffaflığı artırır və dövlətin rəsmi ödənişləri icra etməsinə imkan yaradır”.

Mütəxəssis çıxış yolunu kart ödənişlərinin daha çevik mexanizmlərlə sürücülərin hesabına oturmasında görür.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*