Əfqanıstanda hakimiyyətə gələn radikal “Taliban” hərəkatının tərəfdarları müəllimlərin və ibtidai sinif şagirdlərinin məktəblərə buraxılmaması barədə göstəriş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Hasht–e Subh” nəşri Kabildəki bir neçə müəllimin bəyanatına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu gün səhər saatlarında paytaxtdakı bir neçə məktəbin rəhbərliyi “Taliban”ın əmri ilə əlaqədar işçilərə xəbərdarlıq göndərərək işə gəlməməyi xahiş edib.
Bundan əlavə, Kabildəki bəzi məktəbli qızların valideynləri bildirib ki, onların övladları silahlı “Taliban” döyüşçüləri tərəfindən məktəblərə buraxılmayıb.
İqbal Rzayev,
KONKRET.az