“Taliban” gələn ilə qədər qızlar üçün məktəbləri açmağı planlaşdırırbackend

"Taliban" gələn ilə qədər qızlar üçün məktəbləri açmağı planlaşdırır

“Taliban” 2022-ci ildə Əfqanıstanda qızlar üçün məktəbləri açacağını vəd edib.

KONKRET.az xəbər verir ki, bunu “Taliban” hökumətinin baş nazirinin müavini Mövləvi Əbdül Kəbir Türkiyənin səfiri Cihad Argin ilə görüşündə deyib.

“Yeni təhsil planı başa çatdıqdan sonra gələn il bütün ölkə üzrə qızlar üçün məktəblər açılacaq”, – hökumət rəsmisi deyib.

Kəbirin sözlərinə görə, qadınlar ölkədə pasport idarəsi, hava limanı və səhiyyə sektoru kimi müxtəlif qurumlarda, əksər əyalətlərdəki məktəblərdə çalışırlar.

“Taliban” nümayəndəsi qeyd edib ki, Əfqanıstanın Türkiyə başda olmaqla bütün ölkələrin dəstəyinə və əməkdaşlığına ehtiyacı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*