Taliban maaşları buğda ilə ödəyəcəkbackend

Taliban maaşları buğda ilə ödəyəcək

Taliban hakimiyyəti Əfqanıstanda yeni iş yerləri ilə bağlı layihə çərçivəsində işləyəcək şəxslərə maaşı buğda ilə ödəyəcək.

KONKRET.az xəbər verir ki, buna səbəb kimi ölkədə yaşanan iqtisadi böhran göstərilir.

Bildirilir ki, 40 min insana iş yerləri açılacaq. Fəhlələrə 10, ixtisaslı şəxslərə isə günlük 16,5 kq buğda veriləcək.

Əfqanıstanın İnkişaf Agentliyinin rəhbər köməkçisi Riyazettin Şərifi bildirib ki, ölkə olduqca ağır dövrdən keçməkdədir. O, layihənin əvvəlcə paytaxt Kabildə, daha sonra ətraf əyalətlərdə tətbiq ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*