Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi – Daha bir həkim səhlənkarlığı – FOTObackend

Tanınmış prodüser və telejurnalistin anası vəfat etdi - Daha bir həkim səhlənkarlığı - FOTO

Tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anası Rəna Bayramqızı vəfat edib.

KONKRET.az xəbər verir ki, R.Bayramqızı uzun illər Lider TV-də yayımlanan “Sağlam Nəsil” verilişinin aparıcısı olub.

Qeyd edək ki, o, “Ege Hospital”da dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, həkim səhlənkarlığının qurbanı olub.

Məlumata görə, o, fevralın 20-də həkimə müraciət edərək, müayinələrdən keçib və xəstəxanaya yerləşdirilib. İki gündən sonra həkimlər xəstənin komaya düşməsi barədə yaxınlarına xəbər veriblər. Bu gün isə onun dünyasını dəyişdiyi bildirilib.

Xəstənin yaxınlarına bu acı xəbər bəs etmirmiş kimi, komada olarkən ikinci şoku da yaşadıblar. Xəstəxana işçiləri qeyd edib ki, ya qalan ödənişi tamamlayın, ya da xəstənizi götürüb aparın.

Xəstə ilə birbaşa maraqlanmalı olan həkim-nevroloq Barat Yusubov da biganəlik göstərib, ortadan qeyb olaraq, üstəlik, zənglərə cavab verməyib.

Yaxınlarının tələbi budur ki, məsələ aydınlaşdırılsın və günahkar olan kəslər cəzasını hüquq müstəvisində alsın.

Qeyd edək ki, aparıcı Rəna Bayramqızı sosial layihələri ilə tanınıb, onlarla imkansız ailəyə dəstək olub.

Azmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*