Tanınmış qurumun Tiktoku oğurlandı: 500 manat istəyirlərbackend

Tanınmış qurumun Tiktoku oğurlandı: 500 manat istəyirlər

Dünən axşam saatlarında “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəsmi Tiktok hesabı müəyyən şəxslər tərəfindən oğurlanıb.

KONKRET.az xəbər verir ki, hesabın ələ keçirilməsindən bir neçə saat sonra bir naməlum şəxs tərəfindən sığınacağın qaynar xətt nömrəsinə məktub daxil olub. Məktubda “Səhifə məndədir, 500 manat göndər, sənə geri qaytarım” kimi bir təklif irəli sürülüb.

Ödənişin həyata keçirilməsi üçün kart hesabı soruşulduqda Mehmet Kaya adlı şəxsə məxsus kart hesabı təqdim edilib.

Məsələ ilə bağlı DİN araşdırmaya başlayıb.

Qeyd edək ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*