“Artıq bu gündən etibarən rəsmi olaraq 61 saylı Neftçala Seçki Dairəsindən 9 fevralda keçirləcək seçkilərdə namizədəm”.
KONKRET.AZ xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov bildirib.
O, bildirib ki, həmin dairədən qeydə alınan ilk namizəddir:
“İnşallah, elə seçkilərdə də birinci olacaq. Bircə qaldı neftçalalıların seçkiyə gedib səs verməsi. Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Dairə Seçki Komissiyasının sədri Şaiq bəyə diqqətinə görə təşəkkür edirəm”.
Modern.az