Bu məşhur 11 tiktoker Baş İdarəyə çağırıldı – VİDEO / YENİLƏNİBbackend

Bu məşhur 11 tiktoker Baş İdarəyə çağırıldı - VİDEO / YENİLƏNİB 

 

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının İnstaqram, Tiktok və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib.

Həmin şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə yol verən digər şəxslərin də aşkar olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

 

***

Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen Zeynəb Zeynallı məsuliyyətə cəlb olunub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə Zeynəb Zeynallı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*