Tanınmış turizm şirkətindən 500 minlik dələduzluqbackend

Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq

Azərbaycanda onlarla ailə “Joy Travel” turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə şikayətçilər Yurd.media-ya bildirib.

İddiaya görə, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə müflis olduğunu elan edib.

Qeyd olunub ki, “Joy Travel”in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem yaşandığını, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracaqlarını bildirsələr də, bu istiqamətdə heç bir iş görməyiblər.

Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğunun əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*