Tatarıstan prezidenti Rüstəm Minnixanov Çeçenistan rəhbərinin 15 yaşlı oğlu Adam Kadırova “Duslık” ordeni (respublikanın ikinci ən mühüm mükafatı) təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Adam Delimxanov Telegram kanalında məlumat verib.
“Kadırovun oğlu millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində xidmətlərinə görə, “Duslık” ordeni ilə təltif edilib.Mükafatı şəxsən Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov təqdim edib”, – deyə deputat əlavə edib.
Deputat əlavə edib ki, bu mükafat 15 yaşlı Adam Kadırovun qeyri-adi qabiliyyətlərinin və parlaq istedadlarının daha bir təsdiqidir.
Burhan,
KONKRET.az