Taxıl daşıyan ilk gəmi İstanbula çatdı – YENİLƏNİBbackend

Taxıl daşıyan ilk gəmi İstanbula çatdı - YENİLƏNİB

Ukraynadan dənli bitkilər daşıyan ilk yük gəmisi İstanbula çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qarğıdalı ilə yüklənmiş “Razoni” quru yük gəmisi Qara dənizdən Bosfor boğazına daxil olub və onun üçün ayrılan yerdə lövbər salıb. Gəminin sabah səhər saaatlarında birgə təftiş heyəti tərəfindən yoxlanılacağı bildirilib.

21:53

Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu gəmi yerli vaxtla təxminən saat 21:00-da İstanbulda Bosfor boğazına çatacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəminin yoxlanılmasına sabah səhər saatlarında başlanacaq.

Qeyd edək ki, Ukraynadan taxıl daşıyan ilk gəmi dünən yola düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*