Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı – YENİLƏNİBbackend

Tayvanda 7,7 bal gücündə zəlzələ: ölənlərin sayı artdı - YENİLƏNİB

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayıb.

Hadisə nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğu vurğulanıb.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.

Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha 4 zəlzələ qeydə alınıb.

Okinava adasının Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok baş verib.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra NHK telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.

Yapon meteoroloqlar daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

***

Okinava adasının cənub-qərbində 7,7 bal gücündə zəlzələnin baş verməsi nəticəsində azı 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib. Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub. Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldlib.

Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib. Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha dörd zəlzələ qeydə alınıb. Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb. Tayvanın Mərkəzi Xəbər Agentliyi seysmoloqlara istinadən xəbərdarlıq edir ki, yaxın günlərdə Tayvan yaxınlığında 7,0 bal gücündə zəlzələlər baş verə bilər.

İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağıdılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.
Yapon meteoroloqları daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*