TƏBİB bu dövlət xidmətini məhkəməyə verdibackend

TƏBİB bu dövlət xidmətini məhkəməyə verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib.

KONKRET.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti TƏBİB-i işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verdiyinə görə cərimə edib.

TƏBİB isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə üz tutub.

Məhkəmədə işə baxılması üçün Vüsal Qurbanov hakim təyin edilib.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcələsinin 192.6-cı maddəsinə görə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilərsə, vəzifəli şəxs min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

  • Elçin
    Dekabr 17, 2023 - 16:20

    Aaa, deyirəm axı, 1 ay əvvəl e meylnən, 9 gün əvvəl müfəttişliyə ( Azadlıq m.) gedib şikayət etmişəm – heç itirib axtaran da yoxdur.
    Sən demə hüququ pozulmusları qorumaqdan qorxurlar.

Elçin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*