TƏCİLİ: Bu ailələrə birdəfəlik maddi yardım ödənildibackend

TƏCİLİ: Bu ailələrə birdəfəlik maddi yardım ödənildi

Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.

Birdəfəlik maddi yardımlar ümumilikdə 76103 ailəni (337932 nəfər ailə üzvü) əhatə edib.

Bundan əvvəl isə DSMF:

dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyalarını,
dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarını,
dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib.
Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*