TƏCİLİ! Putinin iqamətgahına HÜCUM EDİLDİ – Nə baş verir?backend

TƏCİLİ! Putinin iqamətgahına HÜCUM EDİLDİ - Nə baş verir?

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın gecə saatlarında Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini iddia edib.

KONKRET.az xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına görə, hücum zamanı ümumilikdə 91 pilotsuz uçuş aparatı buraxılıb və onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Lavrov bildirib ki, baş verən insidentə cavab olaraq Rusiya tərəfindən cavab zərbəsi endiriləcək:

“Rusiya cavab tədbiri görəcək. Cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edilib”, – deyə o vurğulayıb.

Nazir eyni zamanda qeyd edib ki, baş verənlər Moskvanın danışıqlar mövqeyinə də təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, Kiyevin bu addımı “dövlət terrorizmi siyasətinə tam keçid” kimi qiymətləndirilir və bu amil Rusiya tərəfinin danışıqlardakı mövqeyinə yenidən baxılmasına səbəb olacaq.

Bununla belə, Lavrov Rusiyanın danışıqlar prosesindən tamamilə imtina etmədiyini də xüsusi olaraq qeyd edib.

Qeyd edək ki, Ukrayna tərəfi Putinin iqamətgahına zərbə endirilməsi ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təsdiqləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*