Təhlükə Orta Asiyaya sıçrayır – Rusiyadan KRİTİK AÇIQLAMAbackend

Təhlükə Orta Asiyaya sıçrayır – Rusiyadan KRİTİK AÇIQLAMA

Əfqanıstandakı vəziyyətin davamlı deqradasiyası Orta Asiya ölkələrini birbaşa təhdid edir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Əfqanıstandakı vəziyyətin davam edən deqradasiyası Orta Asiya üçün birbaşa təhlükə yaradır. Bölgədəki qonşularımızın narahatlıqlarını bölüşürük”, – Rudenko qeyd edib.

Onun sözlərinə görə, bu risklərin Rusiya və Orta Asiya ölkələrinin təhlükəsizliyinə mənfi təsirlərini minimuma endirmək üçün birgə koordinasiya olunmuş işlərin davam etdirilməsinin vacibliyi, xüsusən də Rusiyanın xarici işlər orqanları rəhbərlərinin dördüncü görüşü zamanı dilə gətirilib./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*