backend

Tehran küçələrinə Azərbaycan şəhərlərinin təhrif edilmiş adları verildi

Tehran Şəhər Şurası Azərbaycan Respublikasının bir sıra şəhərlərinin adlarını təhrif edib və saxtalaşdırıb. Tehran Şəhər İslam Şurasının 2710-127 saylı qərarından sonra paytaxda bəzi keçidlərin adları yeni erməni adları ilə dəyişdirilib.

KONKRET.az Tehran Şəhər İslam Şurasının saytına istinadən verdiyi xəbərə görə, bununla yanaşı, bır sıra kənar küçələrə Azərbaycan şəhərlərinin adlarının təhrif olunmuş forması – “Badkubə”, “Şuşi”, başqa bir keçidə isə “Nardaran” adı verilib.

Verilən məlumatda iki kiçik küçəyə “Aran” və “Lənkəran” adının verilməsi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*