İran və ABŞ arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlar nəticəsiz qalıb.
KONKRET.az xəbər verir ki, razılıq əldə olunmaması bölgədə gərginliyi daha da artırıb.
İranın müdafiə naziri Əziz Naserzadə bildirib ki, münaqişə başlayacağı təqdirdə Tehran və Vaşinqton birbaşa qarşıdurmadan çəkinməyəcək. O, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının mümkün hədəf olacağını da istisna etməyib.
Danışıqların əsas mübahisə mövzusu uranın zənginləşdirilməsi ilə bağlıdır. İran bu prosesdən imtina etməyəcəyini dəfələrlə bəyan edib. Vaşinqton isə Tehranı nüvə silahı əldə etməyə yaxınlaşmaqda ittiham edir və uranın zənginləşdirilməsi səviyyəsinin azaldılmasını tələb edir.
Hazırda tərəflər arasında diplomatik təmaslar davam etsə də, konkret nəticələrin nə zaman əldə olunacağı məlum deyil. Gözlər növbəti raund danışıqlara və regional güclərin mövqeyinə çevrilib.
Aynurə İsmayıl
KONKRET.az