“Təhsil haqqında” qanunda dəyişiklik edildi – FƏRMANbackend

"Təhsil haqqında" qanunda dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun tətbiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

KONKRET.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.37-3-cü maddəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını;

2.2. həmin Qanunun 29.0.37-1-ci maddəsinə uyğun olaraq, yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını;

2.3. həmin Qanunun 29.0.37-2-ci maddəsinə uyğun olaraq, təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri;

2.4. həmin Qanunun 29.0.42-1-ci maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodik işlərin təşkili qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxtı normasını.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868, № 11, maddə 1362, № 12 (I kitab), maddə 1469; 2021, № 6 (I kitab), maddə 571, № 11, maddə 1218, № 12, maddə 1364; 2023, № 2, maddə 244) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddən “1.0.54-cü,”, “14.8-1-ci maddəsində,” və “22.5-ci, 22.5-1-ci,” sözləri çıxarılsın və həmin bəndə “29.0.34-cü” sözlərindən əvvəl “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddən “29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə),” sözləri çıxarılsın və həmin bəndə “ümumi təhsil müəssisələrində” və “ümumi təhsil müəssisələrinin” sözlərindən əvvəl “məktəbəqədər və” sözləri, “29.0.32-ci,” sözlərindən sonra “29.0.37-3-cü,” sözləri əlavə edilsin;

3.3. 2.3-cü bənddən “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi üzrə),” və “29.0.13-cü (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki uşaq evləri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə),” sözləri çıxarılsın və həmin bəndə “29.0.10-2-ci,” sözlərindən sonra “29.0.10-3-cü,” sözləri, “29.0.37-ci,” sözlərindən sonra “29.0.37-1-ci, 29.0.37-2-ci,” sözləri, “və 29.0.43-cü” sözlərindən əvvəl “, 29.0.42-1-ci” sözləri, “Təhsil Nazirliyi” sözlərindən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.4. 2.3-1-ci, 2.4-1-ci və 2.7-ci bəndlərə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.5. 2.8-ci bənddə (hər iki halda) “Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri” sözləri “Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

3.6. aşağıdakı məzmunda 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə edilsin:

“2.9-1. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;

2.9-2. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir;”;

3.7. 2.10-cu bənddən “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə (hər üç halda) “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin;

3.8. 2.10-1-ci bəndə “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin və həmin bənddən “Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə” sözləri çıxarılsın;

3.9. 2.11-ci bənd ləğv edilsin.

4. Bu Fərmanın 3.1-ci (“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.21-ci maddəsinə münasibətdə istisna olmaqla) və 3.9-cu bəndləri 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

  • Ramin
    İyul 25, 2023 - 23:39

    Binəqədi rayonu Ceyhun Hacibeyli kucesi bina 64 qəzali vəziyyetdedir. Plana salinib sökulmeyini xahis edirem

  • Allah Dostu Məzlumların Dostu əfəndisi XHZR
    İyul 26, 2023 - 00:26

    Bismilləhir Rəhmanir Rəhim.. Dünyəvi məlumat : Dədə Qorqud. 12 boyun Son sahibi Allah Dostu Məzlum Filankəs Rəsulzadədən mesaj : Agac 12 qoldan və budaqlardan ibarətdir.. 1-ci Boyun sahibi 12+ci Boyun sahibidir.. 1-ci və 11-ci boyun kökünün əmr sahibi Dünyada iki söz sahibidi vardır 09.10.1900-cü ildən əbədiyyən Azərbaycandan Həm Türk və. bütün Millətlər üzrə iki görünən söz sahibi vardırki İstər siyasi istər Dini hər iki halda lazımı Dünyada Xalqların Həm siyasi həmdə İslamı dinlərinin tam şəkildə dəvəti çatdırsınlar.. Siyasi müzakirələr İslamı planın arxasında qalır.. Cəmiyyətlər xalqlar rifah içində yaşamaları, Və Allahı layiqincə tanımaları üçün, müəyyən qara qüvvələrin oyun oyuncaqı olmamaqından ötəri, Və Allaha üsyan edən, Bütün xalqların peyğəmbərlərinə qarşı olan düşmənçilik. edənlər 21-ci əsrdə İnsanlıqa və Metonomok aləmdə müsəlman məxluqatı azdıran və cəmiyyətləri və dövlətləri ,xalqları ,millətləri bir birinə düşmən edənlərin məğlubiyyət əsri olacaqdır.. Buna görə Aliyev və Ərdoğan lazımı atsınlar Dünyaya nəsihət olaraq.. Bu bir mesajdır. Adi mesaj kimi görünə bilər.. Ancaq bilinki Allah hər bir etdiklərinizdən xəbərdardır. Və Süleymana Musaya İsaya Muhammədə düşmən olanlar bu əsir ifşa olacaqlar həmdə ağır zərbə alacaqlar . Allah İblis və onun yandaşları şeytan libaslılar insanlıqa və Düşmən olanlar verilən möhlətiniz bitmək üzərədir.. Odurki ani bir xəta tamamən yox olmağınıza Allahın qəzəbinə və cəhənnəm lənətinə düçar olmaqınıza gətirib çıxaracaqdırki qarşınızda Məzlumların əfəndisi dedikdə bilki gəmini deşən gəmini parça parçada edər Allahın rızasını qazanmaq və ona sadiq dostu olduğundan dolayı.. Zərrə qədər yalnışlıq olmadan , Hiylə qurmadan , cadugər və düyünə üfürünlərinizin nəfəsini nə qədərki kəsmişik, onları silin və bu əməli tərk edin.. Yoxsa əks halda Dəstəmazlı və Qüsl alın müsəlmanlar..

Allah Dostu Məzlumların Dostu əfəndisi XHZR üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*