Təhsil Nazirliyi bu məktəblərə XƏBƏRDARLIQ ETDİbackend

Təhsil Nazirliyi bu məktəblərə XƏBƏRDARLIQ ETDİ

Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələri ilə bağlı müraciət yayıb.

KONKRET.az-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.

 

  • SEFEQ ABBASOVA
    Sentyabr 18, 2020 - 23:44

    Tedris eyani formada heyata kecirelerse daha semereli olar, qalan forma ehemiyyetsizdi.

    • Yasəmən
      Sentyabr 19, 2020 - 12:50

      Çox doğru deyirsiniz.

  • Yasəmən
    Sentyabr 19, 2020 - 12:49

    Mən bütün təhsil müəssisələrinin açılması tərəfdarıyam.

  • Shems
    Sentyabr 19, 2020 - 13:50

    Bəli,məktəblər açılmalıdır tam şəkildə.yoxsa savadsazlıq sonumuz olcaq.

  • Qahirə
    Sentyabr 19, 2020 - 15:11

    Birinci maraqlanmalı idilər kimin evdə neçə uşağı var,evdə kamputer,planşet,telefon nə var?Yenə nə olur kasıba olur.Bu təhsil ilə hara gedirik,mən əyani təhsil istiyirəm.

    • Nezaket
      Sentyabr 19, 2020 - 17:17

      Təhsil virtual formasında mənasız bir şeydir.həftədə əyani təhsil 2 yox 5 gün olsa daha səmərəli olar.kompyuterlər donur,dərs keçmək mümkün deyil.

  • Xanım
    Sentyabr 19, 2020 - 16:01

    👍

  • Ayka
    Sentyabr 19, 2020 - 23:02

    Cox duz fikirdi ne online ne de virtual tehsil olmaz menasiz bir seydi ancaq eyani olmalidi

Xanım üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*