Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin elan etdiyi tenderin qalibi məlum olub.
KONKRET.az Yeniavaz.-a istinadən xəbər verir ki, tenderin qalibi “Eldar-2014” MMC olub. Bu şirkət 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə tabe olan ümumtəhsil məktəblərini odunla təmin edəcək. Təhsil Nazirliyi 2415 kub metr quru meşə odunu üçün “Eldar-2014” MMC şirkətinə 196 min manat 19 qəpik ödəyəcək. Bu həm də o deməkdir ki, Təhsil Nazirliyi quru meşə odununun 1 kub metrini 81 manata satın alacaq.