Tələbə kreditinə görə faizlərin hesablanması qaydası BELƏ OLACAQbackend

Tələbə kreditinə görə faizlərin hesablanması qaydası BELƏ OLACAQ

“Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur”.

KONKRET.az  xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, kreditə görə faizlər müvafiq qaydada hesablanır:

“Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır”.

Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

– Ümumi ortalama qiyməti (ÜOMG) 71 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.

– Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişinin azad olunur.

İdris İsayev onu da əlavə edib ki, standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir:

“ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*