Tələbələr ali təhsil diplomunu elektron formatda ala biləcəklərbackend

Tələbələr ali təhsil diplomunu elektron formatda ala biləcəklər

Rusiyada 2025-ci ildən tələbələr ali təhsil diplomunu elektron formatda ala biləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun kluarlarında bildirib.

Sənəd diplomun kağız nüsxəsi ilə eyni əsasda alına bilər. Çernışenkoya görə, tələbə universiteti bitirdikdən sonra müvafiq sənədi hansı formatda almaq lazım olduğunu seçmək hüququna sahib olacaq.

“Diplomların reyestri mövcuddur və gələn il biz qanunun qəbulunu gözləyirik ki, bunun sayəsində elektron diplom adi kağız ilə eyni statusa malik olsun”, – deyə Çernışenko bildirib.

Qeyd edək ki, Rusiyada 25 aprel 2024-cü il tarixindən tələbə kartları və eksperimental formatda olan tələbə qeydləri elektron formaya keçib. Kollec və universitetlərin tələbələri, eləcə də rezidentlər və aspirantlar könüllü olaraq tələbə biletini və qiymət kitabçasını onlayn əldə edə bilərlər. Sənədlər Dövlət Xidmətlərində görünəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, sənədlərin elektron variantından təkcə təhsil müəssisələrinə daxil olmaq üçün deyil, həm də teatrlara, muzeylərə, kinoteatrlara, o cümlədən qatarlara və digər ictimai nəqliyyata güzəştli bilet almaq üçün istifadə etmək olar.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*