Tələbələr gəldi, kirayə mənzillər bahalaşdıbackend

Tələbələr gəldi, kirayə mənzillər bahalaşdı

Ali məktəblərdə ənənəvi təhsilin bərpa edilməsi Bakıda kirayə mənzillərin qiymətində bahalaşmaya səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi məlumat yayıb.

Belə ki, sentyabr ayında kirayə mənzil bazarında üç seqment üzrə qiymətlər dəyişib. Birinci seqment üzrə aylıq kirayə haqqı 400 manatadək olan evlərin qiyməti 9.0 faiz bahalaşıb. Səbəb ali məktəblərdə ənənəvi təhsilin bərpa edilməsidir.

İkinci seqment üzrə aylıq kirayə haqqı 400-1000 manat olan evlərin kirayə haqqı dəyişməyib.

Üçüncü seqment üzrə isə aylıq kirayə haqqı 1000 manatdan yüksək olan evlərin kirayə haqqı 2.5 faiz azalıb. Bütövlükdə, hesabat dövründə kirayə haqlarının qiyməti 7.0 faizə yaxın artıb.

Ümumilikdə, daşınmaz əmlakın və eləcə də mənzillərin qiymətində 3.0 faiz artım qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*