Telefon oğrusu gömrükdə saxlanıldıbackend

Telefon oğrusu gömrükdə saxlanıldı

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı avtomobilə gömrük baxışı keçirilib.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində “İphone 11 Pro Midnight Green 64 GB” yazılan və 4 ədəd üzərində “İphone 11 Pro Midnight Green 256 GB” yazılan mobil telefonlar aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*