Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQbackend

Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Fevralın 19-da gözlənilən tibbi-meteoroloji proqnoz da açıqlanıb.

Məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*