İlin ən isti gününün yaşandığı Nyu Yorkda metal körpünün mexanizmi sıradan çıxıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində Bronks və Manhetteni birləşdirən Harlem çayı üzərində çəkilən körpü həddindən artıq istilər səbəbindən zədələnib.
Yerli mətbuatda əksini tapan xəbərdə deyilir ki, 3-cü küçə körpüsünün polad elementləri istidən genişlənib, kilidləmə mexanizmi korlanıb. Yeri gəlmişkən, 1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.
Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Video görüntülərdə yanğınsöndürən qayıqların poladı soyutmaq üçün çaydan su çiləyərək körpünün üzərinə səpdiyi görünür.
Qeyd edək ki, Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə ilə qeydə alınıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
ALLAH mənə Kömək Olsun. Salyan rayonu, Salyan şəhəri, 20YANVAR küçəsi ev3 mənzil9 ünvanında yaşayan 24.12.1971 təvəllüdlü mən Ülviyyə İsgəndərova Əlisgəndər qızı çox bərbad, kommunal şəraiti olmayan mənzildə yaşayıram. Azərbaycanın imkanlı iş adamları mənə kömək edib bir otağımı təmir etdirsələr gecə gündüz onlara duası olaram.(055 992 55 79) Əl tutmaq Əlidən qalıb. ALLAH edilən yaxşılıqlarınızı cavabsız qoymaz. ALLAH xatirinə Kömək edin