“Temu”nun Türkiyə ofisində əməliyyat keçirildibackend

“Temu”nun Türkiyə ofisində əməliyyat keçirildi

Çin mərkəzli elektron ticarət platforması “Temu”nun Türkiyədəki ofisində Rəqabət Qurumu əməkdaşları axtarış aparıb.

KONKRET.az xəbər verir ki, “Temu” şirkətinin sözçüsü faktı təsdiqləyib.

O bildirib ki, şirkət Türkiyə rəsmiləri ilə tam əməkdaşlıq edəcək.

Əməliyyat zamanı ofisdən noutbuklar və digər kompüter avadanlıqları götürülüb.

Bu addım Avropa İttifaqı qurumlarının “Temu”nun Dublindəki mərkəzi ofisinə qarşı mümkün “Çin dövlət subsidiyaları hesabına haqsız rəqabət” şübhəsi ilə araşdırmalardan sonra atılıb.

(yeni sabah)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*