Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamenti ilə hökumət arasında keçirilən sual-cavab sessiyasında Azərbaycanla sərhəddəki mövcud vəziyyəti yüksək qiymətləndirib.
KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş nazir hazırda Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülhün hökm sürdüyünü bəyan edib.
O, Xarici Kəşfiyyat Xidmətinin son hesabatına istinad edərək, iki ölkə arasında hərbi eskalasiya riskinin demək olar ki, minimuma endiyini və bunun sülh prosesinin uğurlu gedişatından xəbər verdiyini vurğulayıb:
“Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğunu göstərir. Biz tərəflər arasında atmosferin müsbətə doğru dəyişməsini alqışlayırıq”.
Bundan başqa, o, ötən həftə 4 nəfərin Ermənistana qaytarılmasını qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

hayastanın təkcə elə son 30-40 ildə ölkəmizə vurduğu maddi ziyan 200 milyard dollardan artıqdır, bu ölkə bu məbləği reparasiya şəklində ölkəmizə ödəməlidir, amma son illərdə bu çox mühüm məsələ barədə ölkəmizdə inanılmaz və tam anlaşılmaz bir durum var, xalq da səsini çıxarmır, sanki biz qalib ölkə deyilik, görəsən niyə?