Tramp Davosda Qarabağ savaşından danışdıbackend

Tramp Davosda Qarabağ savaşından danışdı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bir daha Azərbaycan–Ermənistan münaqişəsinə toxunub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp bildirib ki, 35 il davam edən savaşı məhz onun dayandırdığını hesab edir. ABŞ prezidenti çıxışında qeyd edib ki, bu prosesdən sonra Rusiya prezidenti Vladimir Putin ona zəng edərək təəccübünü gizlətməyib.

Trampın sözlərinə görə, Putin telefon danışığında belə deyib: “Mən bu münaqişə ilə on ildən çox məşğul oldum, amma bitirə bilmədim. Sən isə bunu dayandırdın. ”ABŞ prezidenti isə cavabında Rusiya liderinə Rusiya–Ukrayna müharibəsini də bitirməyin yaxşı olacağını söylədiyini vurğulayıb.

Tramp bu fikirləri İsveçrənin Davos şəhərində keçirilən forumdakı çıxışı zamanı səsləndirib və Qarabağ münaqişəsinin dayandırılmasını öz xarici siyasətinin mühüm uğurlarından biri kimi təqdim edib.

  • yusif
    Yanvar 21, 2026 - 21:14

    hayastanın təkcə elə son 30-40 ildə ölkəmizə vurduğu maddi ziyan 200 milyard dollardan artıqdır, bu ölkə bu məbləği reparasiya şəklində ölkəmizə ödəməlidir, amma son illərdə bu çox mühüm məsələ barədə ölkəmizdə inanılmaz və tam anlaşılmaz bir durum var, xalq da səsini çıxarmır, sanki biz qalib ölkə deyilik, görəsən niyə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*