Paşinyan hakimiyyətdən getsə, Ermənistan Azərbaycana qarşı ərazi iddiası edə bilər? – MÜHÜM DETALLARbackend

Paşinyan hakimiyyətdən getsə, Ermənistan Azərbaycana qarşı ərazi iddiası edə bilər? - MÜHÜM DETALLAR

Ermənistanda keçiriləcək mümkün siyasi dəyişikliklər fonunda müharibə və ərazi iddialarının yenidən gündəmə gəlib-gəlməyəcəyi müzakirə olunur. Xüsusilə də baş nazir Nikol Paşinyanın tərəfdarlarının seçkilərdə qələbə qazanmaması və müxalif qüvvələrin parlamentdə çoxluq əldə etməsi bu sualı aktuallaşdırır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırkı şəraitdə Ermənistan tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi real görünmür. Onun sözlərinə görə, müharibə və ya ərazi iddialarını gündəmə gətirmək üçün ilk növbədə sülhə qədər mövcud olan nizamı geri çevirmək lazımdır.

“Destruktiv fəaliyyət göstərmək üçün müxalifətin əlində yetərli siyasi, hərbi və diplomatik vasitələr yoxdur. Bunun üçün hansı silahları, hansı vasiətləri var? Bu suallar açıq qalır. Mövcud reallıqlar belə addımlara imkan vermir”.

Siyasi şərhçi eyni zamanda qeyd edib ki, ümumi mənzərədə regionda müəyyən gözlənilməzliklərin baş verməsi də istisna edilmir. Onun fikrincə, gələcəkdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi həm daxili siyasi dinamika, həm də beynəlxalq faktorlarla bağlı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

  • yusif
    Yanvar 21, 2026 - 21:09

    hayastanın təkcə elə son 30-40 ildə ölkəmizə vurduğu maddi ziyan 200 milyard dollardan artıqdır, bu ölkə bu məbləği reparasiya şəklində ölkəmizə ödəməlidir, amma son illərdə bu çox mühüm məsələ barədə ölkəmizdə inanılmaz və tam anlaşılmaz bir durum var, xalq da səsini çıxarmır, sanki biz qalib ölkə deyilik, görəsən niyə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*