Tərləmələr təhlükəli xəstəliklərin xəbərçisidirbackend

Tərləmələr təhlükəli xəstəliklərin xəbərçisidir

“Həddindən artıq tərləmənin səbəbi xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər ola bilər”.

KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı professor  Alina Kiriçenko deyib. O, müsahibəsində hiperhidrozun hansı xəstəliklərin əlaməti ola biləcəyindən danışıb: “Xəstəliklər payızda aktivləşdiyindən, ilin bu vaxtları tez-tez tərləmə halları baş verir. Əsas səbəblər həm endokrin patologiyalar, həm də digər xəstəliklər ola bilər. Hipertiroidizmə səbəb piylənmə, nevrozlar, yoluxucu və onkoloji xəstəliklərdir. Bundan əlavə, hamiləlik və menopauza dövründə də həddindən artıq tərləmə müşahidə olunur”, – deyə Kiriçenko bildirib. Psixiatr-psixoterapevt Aleksey Vilkov isə əlavə edib ki,  hiperhidroz ümumi (bütün bədən) və ya yerli (ayrı-ayrı bölgələrdə tərləmə – baş, arxa, perineum) ola bilər. Hər iki halda da tərləmə psixosomatik pozğunluqların təzahürü hesab edildiyindən dərhal həkimə müraciət etmək lazımdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*