“Terrorçular konstitusiyanı pozmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişi etmək istəyiblər” – Tokayevbackend

"Terrorçular konstitusiyanı pozmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişi etmək istəyiblər" - Tokayev

Tokayev ölkədəki etiraz aksiyalarını və iğtişaşları dövlət çevrilişinə cəhd adlandırıb.

KONKRET.az xarici mediya istinadən xəbər verir ki,  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada yanvarın 2-də başlayan etiraz aksiyalarını və iğtişaşları dövlət çevrilişinə cəhd kimi xarakterizə edib.  Tokayev bu fikiri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar iclasında çıxışı zamanı səsləndirib.

Tokayev deyib ki, terrorçuların əsas məqsədi respublikada konstitusiya quruluşunu pozmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişinə cəhd göstərmək olub. Qazaxıstan prezidenti bildirib ki, bunun üçün yaraqlılar ölkədə xaos yaratmaq istəyiblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Garachanta
    Yanvar 10, 2022 - 12:43

    göy qurşağının bütün rəngləri tokayevin sifətində oxunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*