Tərtərdə boşanmaq istəyən qadının əri özünü YANDIRDIbackend

Tərtərdə boşanmaq istəyən qadının əri özünü YANDIRDI

Ötən gün Tərtər rayonunun Bəyimsarov kənd sakini, 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. İntihara cəhdin qarşısı alınarkən polis əməkdaşları əl nahiyələrindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*