Tərtərdə öldürülən gəlinin FOTOSU – TƏFƏRRÜATbackend

Tərtərdə öldürülən gəlinin FOTOSU - TƏFƏRRÜAT

Mayın 13-ü Tərtərin Poladlı kəndində 35 yaşlı Hafizə Rzayeva qayınatası Şəhriyar Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

Şahidlərin dediyinə görə, Şəhriyar Hüseynov səhər tezdən oğluna israrla işə getməsini söyləyib. Ardınca isə ona zəng vuraraq gəlini bıçaqladığını deyib.

Məlumata görə Hafizə Rzayeva bir müddət əvvəl Ağdam-Bərdə yolu kənarındakı ticarət mərkəzində satıcı işləyirmiş. Ailəsinin təkidi ilə bir neçə gün əvvəl işdən çıxıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. Şəhriyar Hüseynov saxlanılıb, istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*