May ayı ərzində Azərbaycanın bir sıra rayonlara düşən dolu kənd təsərrüfatına ziyan vurub. Fəsadlar daha çox Şəki, Tərtər, Göygöl və Goranboy rayonlarında müşahidə edilib. Bəs görəsən, rayonlara düşən dolu kənd təsəssüfatına necə təsir edib?
Mövzu ilə bağlı iqtisadçı Cəfər İbrahimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu il aprelin 20-dək hava şəraiti kənd təsərrüfatı üçün olduqca əlverişli keçib.
“Lakin aprelin 20-dən sonra müşahidə olunan yağış, külək və bəzi bölgələrdə qeydə alınan dolu hadisələri təsərrüfatlara müəyyən dərəcədə mənfi təsir göstərib. Dolu ilə bağlı əldə olunan məlumatlar göstərir ki, bu hadisələr ölkə üzrə geniş yayılmayıb, yalnız müəyyən vaxtlarda, ayrı-ayrı rayon və kəndlərdə qeydə alınıb. Ümumilikdə, dolu hadisələri regional xarakter daşıyır və geniş miqyası əhatə etmir”.
İqtisadçı qeyd edir ki, Aqrar Sığorta Fondu sözügedən məsələ ilə bağlı açıqlama verib və bu il sığorta ödənişlərinin artacağını bildirib. Bu isə onu göstərir ki, əvvəlki illərlə müqayisədə son günlərdə təsərrüfatlara dəyən zərərin miqyası daha böyükdür. Ancaq bu zərəri konpensasiya etmək üçün dövlət tərəfindən müvafiq addımlar atılır.
Aynurə İsmayıl
KONKRET.az