Texasda qorxulu tapıntılar: Sakinlər təlaşdabackend

Texasda qorxulu tapıntılar: Sakinlər təlaşda

ABŞ-nin Texas ştatının Hyuston şəhərində son aylarda baş verən müəmmalı hadisələr yerli sakinlər arasında təşviş yaradıb. Belə ki, ilin əvvəlindən təkcə bir su hövzəsindən 16 meyit çıxarılıb. Ölənlərdən ən gənci 20, ən yaşlısı isə 60 yaşında olub.

KONKRET.az xəbər verir ki, bu hadisələr şəhər sakinləri arasında ciddi narahatlıq doğurub – bir çox sakin Hyustonda seriyalı qatilin dolaşdığını düşünür.

Məlumata görə, təkcə son beş gün ərzində çayda beş cəsəd tapılıb.

“Bu, sadəcə təsadüf ola bilərmi? Çətin. Hər bir hadisənin, o cümlədən qurbanların yoxa çıxmasından əvvəlki 48 saat ərzində baş verənlərin ciddi araşdırılması tamamilə əsaslıdır”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Hyustonun meri Con Uitmayr isə ictimaiyyəti sakitliyə çağırıb və şəhərdə seriyalı qatilin olduğuna dair heç bir sübutun tapılmadığını vurğulayıb. Onun sözlərinə görə, tapılan meyitlərin çoxu ehtimal ki, evsiz şəxslərə məxsusdur.

“Bədbəxtlik ondadır ki, evsiz insanlar vəfat etdikdə çox vaxt bataqlıqlarda və ya su hövzələrində tapılırlar”, – deyə Uitmayr əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*