Rusiya hökuməti mineral gübrələrin istehsalında vacib xammal olan texniki kükürdün ixracına müvəqqəti qadağa qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Bildirilib ki, bu qərar mövcud mineral gübrə istehsalı həcmlərini qorumaq və ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün daxili bazara xammal göndərilməsini sabitləşdirəcək.
Qadağa maye, dənəvər və parçalanmış növdə olan kükürdə aiddir. Qadağa 31 dekabr 2025-ci ilə qədər qüvvədə olacaq. Lakin qadağa Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinə, tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarına ixraca şamil edilməyəcək. Kükürd həmçinin humanitar yardım üçün, beynəlxalq tranzit göndərişlərinin bir hissəsi kimi və Şpitsbergen arxipelaqındakı Rusiya təşkilatlarının fəaliyyətini dəstəkləmək üçün xaricə göndərilə bilər.
