Bakıda tibb mərkəzindən pul oğurlayan şəxslər tutulub.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki tibbi mərkəzlərinin birindən 8059 manat pul oğurlamaqda şübhəli bilinən R.Dadaşzadə və Abşeron rayon sakini E.İbrahimov saxlanılıblar.